Biz kömək etmək üçün buradayıq

TalkBack'dən Necə İstifadə Etməli

UBER TƏTBİQİNİ AÇMAQ
Telefonun Tətbiqlər ekranından sürüşdürərək və ya "Toxunuşla müəyyən edin" düyməsindən istifadə edərək Uber'i seçin. Tətbiqi seçdikdən sonra onu açmaq üçün iki dəfə toxunun. Həmçinin, Google'un Səsli Axtarış funksiyasından istifadə edərək və "Uber'i açın" deyərək tətbiqi başlada bilərsiniz.

TƏYİNAT MƏNTƏQƏSİNİN QEYD EDİLMƏSİ
Əsas ekranda "Hara" düyməsinə iki dəfə toxunun. Bu, təyinat məntəqəsi axtarışını aktiv edəcək; burada siz axtarış edə və təklif edilmiş təyinat məntəqələri siyahısından seçim edə bilərsiniz. Uber əsas ekranın aşağısında görünən "qısayollardan" istifadəni də təklif edə bilər. Bunlardan hər hansı birini təyinat məntəqəniz olaraq seçmək üçün iki dəfə toxunun, daha sonra təsdiq ekranına keçin.

GÖTÜRÜLMƏ MƏKANININ QEYD EDİLMƏSİ
Götürülmə məkanı GPS istifadəsi sayəsində avtomatik təyin ediləcək, lakin onu dəyişdirmək istəsəniz, bu təlimatları yerinə yetirin:
1. Əsas ekranda, "Hara?" düyməsinə iki dəfə toxunun.
2. Təyinat məntəqəsini seçməzdən əvvəl "Götürülmə məkanı" sətrini seçmək üçün sola doğru sürüşdürün və redaktə etmək üçün iki dəfə toxunun.
Qeyd: Götürülmə və təyinat məntəqəsi sətirləri yanaşı yerləşir. Məkanı yazarkən axtarış nəticəsi siyahısına keçmək üçün təkrar sürüşdürməli ola bilərsiniz.
3. Götürülmə məkanını daxil etdikdən sonra tətbiqdə avtomatik olaraq təyinat məntəqəsini daxil etmə rejiminə geri qaytarılacaqsınız.

SƏFƏR SİFARİŞİ
Götürülmə məkanını daxil etdikdən sonra:
1. Götürülmə məlumatlarının və ödəniş metodunun düzgün olduğunu yoxlayın. Ödəniş metodunu dəyişdirmək istəsəniz, ona iki dəfə toxunun.
2. Səfər sifariş etmək üçün "Sifariş edin" düyməsinə iki dəfə toxunun. Sifariş etməzdən əvvəl hansı avtomobil növünü seçdiyinizi yoxlayın. Avtomobil növünü dəyişmək istəsəniz, aşağıdakı təlimatlardan istifadə edin.

AVTOMOBİL SEÇİMİ
Sifariş ekranından UberX kimi avtomobil növünə doğru sürüşdürün və onu seçmək üçün iki dəfə toxunun. Ekranın aşağısında gediş haqqı məlumatlarının, maksimum sərnişin sayının və TÇV-nin görünməsi üçün təkrar iki dəfə toxunun. Yaşadığınız şəhərdən asılı olaraq UberPOOL, UberXL kimi digər mövcud məhsullar arasından seçim etmək üçün iki barmaqla sola və sağa doğru sürüşdürə bilərsiniz.

GÖTÜRÜLMƏ
Taksi yolda olduqda "Səfər Seçimləri" menyusu vasitəsilə sürücüyə mesaj göndərə və ya zəng edə bilərsiniz. Götürülmə ünvanını daxil etdiyiniz halda belə sizi tapmasına kömək məqsədilə götürülmə təfsilatlarını mesajla sürücüyə göndərmək yaxşı fikirdir. Sürücünün cari TÇV-na Android'in bildiriş panelindən baxa bilərsiniz. Bildiriş Ekranını açmaq üçün Talkback ilə sağa və aşağı sürüşdürün.

Sürücünün çatdığı barədə məlumat bildirişi alacaqsınız. TalkBack aktiv olduqda bu bildiriş yüksək səslə oxunacaq.

SƏFƏR MƏLUMATLARI KARTI
Sürücü təyin edildikdən sonra sürücünün adını, reytinqini və avtomobilə dair məlumatları eşitmək üçün sola və ya sağa doğru sürüşdürün. Ətraflı məlumat almaq üçün avtomobil məlumatlarına iki dəfə toxunun.

Sürücünü gözlədiyiniz müddətdə
SƏFƏRİN LƏĞV EDİLMƏSİ/SÜRÜCÜ İLƏ ƏLAQƏ
Sifariş düyməsinə basdıqdan sonra tətbiq sifariş rejiminə keçəcək. "Ləğv edin" düyməsini seçmək üçün sağa doğru sürüşdürün. Siz sürücü ilə uyğunlaşdırılan kimi "Ləğv edin" düyməsi ilə yanaşı "Əlaqə saxlayın" düyməsi də əlavə olunacaq.

SƏFƏRİ GÖZLƏMƏK
Sürücünün nə qədər uzaqlıqda olduğunu eşitmək üçün Təqribi Çatma Vaxtı elementini seçə bilərsiniz. Həmçinin, sürücünün adını, avtomobilin modelini və qeydiyyat nişanını eşitmək üçün səfər kartını da seçə bilərsiniz.

TƏYİNAT MƏNTƏQƏSİNİN DƏYİŞDİRİLMƏSİ
Sürücü çatmazdan əvvəl və ya yolda olduqda təyinat məntəqənizi dəyişə bilərsiniz. Təyinat məntəqəsini dəyişmək üçün cari təyinat məntəqəniz olan düyməyə çatana qədər sağa doğru sürüşdürün. Təyinat məntəqəsini redaktə etmək üçün ona iki dəfə toxunun.

STATUS PAYLAŞIN
Sürücünü gözlədikdə və ya yolda olduqda səfər statusunu dostunuzla paylaşa bilərsiniz. "Status Paylaşın" düyməsini seçənə qədər sağa doğru sürüşdürün. Statusu paylaşmaq istədiyiniz kontaktları seçin və Uber dostunuza səfəri izləməsi üçün içərisində link olan mətn mesajı göndərəcək.

GEDİŞ HAQQININ BÖLÜŞDÜRÜLMƏSİ
"Gediş haqqını bölüşdürün" düyməsinə toxunun. Kontakt siyahınız açılacaq, gediş haqqını bölüşdürmək üçün Google'un Səsli Axtarış diktantından istifadə edə və ya dostun adını əllə yaza bilərsiniz.

SÜRÜCÜNÜN QİYMƏTLƏNDİRİLMƏSİ/DƏSTƏK XİDMƏTİ İLƏ ƏLAQƏ
Səfər tamamlandıqdan sonra əsas ekranın aşağısında reytinq kartı görünəcək. Hər hansı ulduz sayını seçdikdə qarşınızda seçdiyiniz reytinqi xarakterizə etmək üçün bir neçə variant arasından seçim edə biləcəyiniz ekran açılacaq.

Əlçatanlıqla bağlı sual və ya rəyiniz varsa, bunu Menyu sətrində yerləşən "Kömək" bölməsinin altında göndərə bilərsiniz. Səfərlə bağlı bütün digər problemlər barədə "Menyu" sətrinin altında yerləşən "Səfərlər" ekranından müvafiq səfəri seçərək məlumat ala bilərsiniz. Problem barədə bildirmək üçün nəticə ekranında bir neçə variant arasından seçim edə bilərsiniz.MENYU SEÇİMLƏRİ
Ekranın yuxarı sol küncünə toxunaraq menyuya daxil ola bilərsiniz. Mövcud seçimlər (yuxarıdan aşağıya): Ödəniş, Səfərlər, Pulsuz Səfərlər, Kömək və Ayarlar.

-Ödəniş: Bu bölmədə ödəniş metodunu dəyişə və ya əlavə edə bilərsiniz.
-Səfərlər: Bu bölmədə dəstək əldə etmək və ya qəbzlərə baxmaq üçün keçmiş səfərləri nəzərdən keçirə bilərsiniz. Bu bölmə növbədə olan planlaşdırılmış səfərlərə baxmaq imkanı da verir.
-Pulsuz səfərlər: Bu bölmədə dəvət koduna baxa və dostlara dəvət göndərə bilərsiniz.
-Kömək: Əlçatanlıqla bağlı problemləri bildirmək imkanı daxil olmaqla müxtəlif dəstək seçimləri təmin edir.-Ayarlar: Bu bölmə sizə əsas ekrana klikləməklə sevimli məkanlarınızı yeniləmək imkanı verir, beləliklə, hər dəfə təyinat məntəqəsini əllə daxil etməli olmayacaqsınız.