Biz kömək etmək üçün buradayıq

VoiceOver (Səsin ötürülməsi) sistemindən necə istifadə etmək olar

Səfər sifarişi
TƏYİNAT MƏNTƏQƏSİNİN QEYD EDİLMƏSİ
Əsas ekranda "Hara" düyməsinə iki dəfə toxunun. Bu, təyinat yeri axtarışını aktiv edəcək; burada siz axtarış edə və ya təklif edilmiş təyinat məntəqələri siyahısından seçim edə bilərsiniz. Bundan əlavə, Uber əsas ekran düyməsi boyunca görünən "qısayollar" təklif edə bilər. Təyinat məntəqəsi kimi seçmək üçün bu qısayollardan birinə iki dəfə toxunun, ardınca təsdiq ekranına keçin.

GÖTÜRÜLMƏ MƏKANININ DƏYİŞDİRİLMƏSİ
Götürülmə məkanı GPS istifadəsi sayəsində avtomatik olaraq təyin ediləcək, lakin onu dəyişdirmək istəsəniz, bu təlimatları yerinə yetirin. Əsas ekranda, "Hara?" düyməsinə iki dəfə toxunun. Təyinat məntəqəsini seçməzdən əvvəl, "Götürülmə məkanı" sətrini seçmək üçün sola doğru sürüşdürün və dəyişdirmək üçün iki dəfə toxunun. İstədiyiniz götürülmə məkanını daxil etdikdən sonra tətbiq sizi avtomatik olaraq təyinat məntəqəsini daxiletmə rejiminə geri qaytaracaq.

MENYU SEÇİMLƏRİ
Ekranın yuxarı sol küncünə toxunmaqla menyuya daxil olmaq mümkündür. Mövcud seçimlər (yuxarıdan aşağıya): Ödəniş, Səfərləriniz, Pulsuz Səfərlər, Kömək və Ayarlar.

Ödəniş: Ödəniş metodunu buradan dəyişə və ya əlavə edə bilərsiniz.
Səfərləriniz: Bu bölmədə kömək əldə etmək və ya qəbzlərə baxmaq üçün keçmiş səfərlərə nəzər yetirə bilərsiniz. Bu bölmə sizə gələcək üçün planlaşdırılmış səfərlərə baxmaq imkanı da verir.
Pulsuz səfərlər: Bu bölmə sizə dəvət kodunuza baxmaq və dostlarınıza dəvətlər göndərmək imkanı verir.
Kömək: Əlçatanlıq problemləri ilə bağlı məlumat vermək də daxil olmaqla, müxtəlif dəstək seçimləri təmin edir.
Ayarlar: Bu bölmə sizə asanlıqla əsas ekrana klikləməklə sevimli məkanlarınızı yeniləmək imkanı verir, beləliklə, hər dəfə təyinat məntəqəsini bir-bir daxil etməli olmayacaqsınız.

NƏQLİYYAT VASİTƏSİNİN SEÇİLMƏSİ
Təyinat məntəqəsini seçdikdən sonra tətbiq sizi nəqliyyat vasitəsini seçmək və səfər sifarişi etmək üçün təsdiq ekranına keçirəcək. Avtomobil növləri dərəcələr üzrə səhifələrdə təşkil olunub. Hər bir dərəcə üzrə seçimlər arasında hərəkət etdirə və dərəcələr arasında keçid etmək üçün üç barmaqla sürüşdürə bilərsiniz. Hər bir avtomobil növü üzrə qiymət təklifi və təyinat məntəqəsinə təqribi çatma vaxtı göstəriləcək. Seçmək üçün avtomobil növünə iki dəfə toxunun.

SƏFƏR MƏLUMATININ REDAKTƏ EDİLMƏSİ VƏ SİFARİŞ
Həmçinin bu ekranda təsdiq ekranında yerləşən müvafiq elementə iki dəfə toxunmaqla götürülmə və ya təyinat məkanını redaktə edə bilərsiniz. Nəzərə alın ki, Sürücünün təqribi çatma vaxtı götürülmə məkanı elementi üzərində göstərilir. Götürülmə yeri, təyinat yeri və avtomobil növündən razı qaldıqdan sonra səfər sifariş etmək üçün ekranın aşağısında yerləşən sifariş düyməsinə iki dəfə toxunun.

Sürücünü gözlədiyiniz müddətdə
SƏFƏRİN LƏĞV EDİLMƏSİ/SÜRÜCÜ İLƏ ƏLAQƏ
Sifariş düyməsinə basdıqdan sonra tətbiq sifariş rejiminə keçəcək. Ləğvetmə düyməsini seçmək üçün sağa doğru hərəkət etdirin. Siz sürücü ilə uyğunlaşdırılan kimi "Ləğv edin" düyməsi ilə yanaşı "Əlaqə" düyməsi də əlavə olunacaq.

SƏFƏRİ GÖZLƏMƏK
Sürücünün nə qədər uzaqlıqda olduğunu bilmək üçün Təqribi Çatma Vaxtı elementini seçə bilərsiniz. Eyni zamanda sürücünün adını, avtomobilin modelini və lisenziya nömrəsini bilmək üçün səfər kartını da seçə bilərsiniz.

TƏYİNAT MƏNTƏQƏSİNİN DƏYİŞDİRİLMƏSİ
Sürücü çatmazdan əvvəl və ya yolda olduqda təyinat məntəqənizi dəyişə bilərsiniz. Təyinat məntəqəsini dəyişmək üçün cari təyinat yeriniz olan düyməyə çatana qədər sağa doğru hərəkət etdirin. Təyinat məntəqəsini redaktə etmək üçün iki dəfə toxunun.

STATUS PAYLAŞIN
Sürücünü gözlədiyiniz və ya yolda olduğunuz müddətdə səfər statusunu dostunuzla paylaşa bilərsiniz. "Status Paylaşın" düyməsini seçənə qədər sağa doğru hərəkət etdirin. Statusu paylaşmaq istədiyiniz kontaktları seçin və Uber səfərinizi izləməsi üçün dostunuza linklə birlikdə mətn mesajı göndərəcək.

GEDİŞ HAQQINI BÖLÜŞÜN
"Gediş Haqqının Bölüşdürülməsi" düyməsinə toxunun. Kontakt siyahısı pəncərəsi açılacaq və gediş haqqını paylaşmaq üçün Siri yazılışından istifadə edə və ya dostunuzun adını əl ilə daxil edə bilərsiniz.

SÜRÜCÜNÜN QİYMƏTLƏNDİRİLMƏSİ/DƏSTƏK XİDMƏTİ İLƏ ƏLAQƏ
Səfər tamamlandıqdan sonra əsas ekranın aşağısında reytinq kartı görünəcək. Hər hansı ulduz sayı seçimini etməklə qarşınızda seçdiyiniz reytinqi xarakterizə etmək üçün bir neçə variant arasından seçim edə biləcəyiniz ekran açılacaq.

Əlçatanlıqla bağlı sual və ya rəyiniz varsa, bunu Menyu sətrində yerləşən "Kömək" bölməsinin altında göndərə bilərsiniz. Səfərlə bağlı bütün digər problemlər barədə "Menyu" sətrinin altında yerləşən "Səfərləriniz" ekranından müvafiq səfəri seçməklə məlumat ala bilərsiniz. Problem barədə bildirmək üçün nəticə ekranında bir neçə variant arasından seçim edə bilərsiniz.